Keçirdiyimiz vaxtdan çox məmnun qaldıq. Hər şey yüksək səviyyədə idi. Otaqlar təmiz, rahat və səliqəli idi, yeməklər çox dadlı və keyfiyyətli idi. Hovuz və idman zalı da çox xoşumuza gəldi. Xüsusilə otelin bütün personalını qeyd etmək istəyirik. Hər biri çox nəzakətli, mehriban, diqqətli və gülərüz idi. Qonaqlara münasibətləri həqiqətən yüksək səviyyədədir və özümüzü oteldə çox rahat hiss etdik. Həmçinin, rəsmi giriş saatı 15:00 olmasına baxmayaraq, bizə 13:00-da otağa yerləşməyə icazə verdilər. Bu cür diqqətli və anlayışlı münasibətə görə otel rəhbərliyinə və bütün personalına təşəkkür edirik. Otelin ümumi atmosferi, təmizliyi, gözəl görünüşü və təqdim etdiyi xidmətlər bizi çox məmnun etdi. Hər şey üçün böyük təşəkkür edirik! Məmnuniyyətlə yenidən qayıdarıq!
Мне очень понравился мкнеджер отеля Аляммяд Фейзуллаев,помимо прекраснейшего гостеприимства самого отеля,он нам очень помог во многих вещах.В частности мы забыли куртку в номере и он любезнейше согласился отпоавить её в Баку после нашего отбытия за свой счёт.